Kvaratsxeliya “Napoli” ilə yoluna davam edəcək?

İdman

26.12.2024 09:54

“Napoli” klubu Xviça Kvaratsxeliya üçün yeni müqavilə hazırlayıb.

TodayPress xəbər verir ki, Neapol təmsilçisi gürcüstanlı forvarda 2029-cu ilin yayına kimi müqavilə təklif edib.

Xviçanın yeni anlaşmada maaşı 6 milyon avroya yüksələcək.

Hazırda bonuslar və sərbəst qalma məbləği ilə bağlı müzakirələr aparılır. 

“Napoli” Xviça Kvaratsxeliya üçün transfer məbləğini 100 milyon avro təyin etmək niyyətindədir.

Qeyd edək ki, Xviçanın komanda ilə hazırki müqaviləsi 2027-ci ilə kimi nəzərdə tutulub. O, cari mövsümdə 18 oyunda 5 qol vurub və 3 məhsuldar ötürmə edib.

Namiq HUN

tag: Xviçan ,Komanda, Avro, Gürcüstan, Müzakirə, todaypress.az,