Kvaratsxeliya ayın ən yaxşı futbolçusu seçildi

İdman

11.10.2024 13:50

"Napoli" klubunun yarımmüdafiəçisi Xviça Kvaratsxeliya İtaliya futbol çempionatında sentyabr ayının ən yaxşı oyunçusu seçilib.

TodayPress xəbər verir ki, gürcüstanlı futbolçu ötən ay A Seriyasında meydana çıxdığı 3 oyunda, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Azarkeşlərin səsverməsinin nəticələrinə və statistik məlumatların təhlilinə əsasən ayın futbolçusu adını qazanan Xviça Kvaratsxeliya “Yuventus”dan Bremeri, “Bolonya”dan Santyaqo Kastronu, “Komo”dan Patrik Kutroneni, “İnter”dən Federiko Dimarkonu, “Milan”dan isə Kristian Pulişiçi qabaqlayıb.

Namiq HUN

tag: Napoli,Xviça Kvaratsxeliya,İtaliya ,Bolonya,Milan,todaypress.az,