Kurtua sözündən dönmədi
İdman
14.11.2024 09:43
“Real Madrid” klubunun qolkiperi Tibo Kurtua Belçika yığmasına dönməkdən imtina edib.
TodayPress xəbər verir ki, o, Belçika Futbol Federasiyasının idman direktoru Peter Villemslə görüşdə növbəti dəfə ölkə yığmasının qapısını qorumaq niyyətində olmadığını bildirib.
Qeyd edək ki, ötən ilin iyununda Estoniya ilə oyun ərəfəsində Kurtua ilə millinin baş məşqçisi Dominik Tedesko arasında anlaşılmazlıq olub. Yığma komandanın düşərgəsini tərk edən Kurtua bir daha almaniyalı mütəxəssisin rəhbərliyi altında oynamayacağını bildirib.
Namiq HUN
tag: Tibo Kurtua, Real Madrid, Belçika, Estoniya, Tedesko, todaypress.az,