Kurtua: “Mbappe içərisində sousu olan ketçup butulkasına bənzəyir”
“Real Madrid” klubunun qapıçısı Tibo Kurtua hücumçu Kilian Mbappe haqqında danışıb.
TodayPress xəbər verir ki, qolkiper fransalı futbolçunu ketçup butulkası ilə müqayisə edib:
“Kilian Mbappe böyük keyfiyyətlərə malik oyunçudur. O, içərisində sousu olan ketçup butulkasına bənzəyir. Bəzən nəqədər etsən də, tökülmür. Amma birdən ketçup ortaya çıxır. Düşünürəm ki, Mbappe də belədir".
Qeyd edək ki, Kilian Mbappe ötən yay azad agent kimi “Real”a keçib. O, bu mövsüm komandanın heyətində 19 oyuna çıxıb, 10 qol vurub və 2 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Real Madrid, Fransa,Futbol, Qol, todaypress.az,