Kurtua İspaniya çempionu ilə yollarını ayırır?
İdman
08.11.2024 13:30
Belçikalı qapıçı Tibo Kurtua “Real Madrid” klubundan ayrıla bilər.
TodayPress “Defensa Central”a istinadən xəbər verir ki, PSJ qolkiperi transfer etmək istəyir.
Paris təmsilçisi Canluici Donnarummanın çıxışından narazıdır.
Bu səbəbdən PSJ “kral klubu”nun əsas qolkiperi üçün istənilən məbləği ödəməyə hazırdır.
“Real” da təcrübəli oyunçuya yeni müqavilə təklif etmək niyyətindədir.
Qeyd edək ki, 32 yaşlı belçikalı qapıçı cari mövsümdə İspaniya çempionunun heyətində 12 oyun keçirib. O, bu müddətdə 10 qol buraxıb, 4 matçda isə qapısını toxunulmaz saxlamağı bacarıb.
Namiq HUN
tag: Kurtua, İspaniya, Real Madrid, PSJ, Kral Klubu, todaypress.az,