Kurtua Belçika millisinin AVRO-2024-ün heyətindən kənarda qalıb

İdman

28.05.2024 18:17

2262

Belçika millisinin baş məşqçisi Domeniko Tedesko Avro-2024 üçün millinin tərkibini açıqlayıb. TodayPress xəbər verir ki, heyətdə Tedesko ilə münaqişəsi olan "Real"ın qapıçısı Tibo Kurtua yer almayıb.

“Bu mövzuda artıq hər şey deyilib. Mən stolüstü tennis oynamaq istəmirəm. Diqqətimizi yaxşı formada olan oyunçulara yönəltmişik”, - Tedesko deyib.

Kurtuanın Tedesko ilə münasibətləri 2023-cü ilin yayında pozulub. Kevin De Bruyne zədələndikdən sonra baş məşqçi onun yerinə Romelu Lukakunu kapitan təyin edib. Bundan sonra 32 yaşlı qolkiper könüllü olaraq milli komandadan ayrılıb.

Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Belçika millisi E qrupunda Ukrayna, Rumıniya və Slovakiya ilə mübarizə aparacaq.

tag: Kurtua, Avro-2024, İdman, Football,