Kunde Fliki boğaza yığıb

İdman

16.11.2024 17:57

“Barselona” klubunun baş məşqçisi Hans-Diter Flik futbolçusu Jül Kundenin intizamsızlığından narazıdır.

TodayPress AS nəşrinə istinadən xəbər verir ki, mütəxəssis 26 yaşlı hücumçunu artıq 1 dəfə cəzalandırıb.

 Kunde məşq və oyunlara ümumilikdə 3 dəfə gecikib. 

Nəticədə Flik “Alaves”lə matçda Kundeni ehtiyat oyunçular skamyasında saxlayıb. 

Qeyd edək ki, Jül Kunde cari mövsümdə 17 matça çıxıb, 1 qol vurub və 4 asist edib.

Namiq HUN

tag: Barselona, Hans-Diter Flik, Jül Kunden, Alaves, todaypress.az,