Kumiri ilə görüşmək üçün yeddi aylıq səyahətə çıxdı - FOTO

İdman

29.10.2024 07:00

Çinli fanat “Əl-Nəsr” klubunun futbolçusu Kriştiano Ronaldoya görə 7 ay velosiped sürüb, 13 min km yol qət edib. 

TodayPress xəbər verir ki, Qonq adlı 24 yaşlı gənc şəxs kumiri ilə görüşmək üçün səyahətə 2024-cü il martın 18-də  Çinin Anhui əyalətindən başlayıb. 

O, 7 ay sonra, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada çatıb. Ronaldo çinli azarkeşi ilə klubun bazasında şəxsən görüşüb. Qonqa “Əl-Nəsr” matçına biletlər və imzalı formasını verib.

Çinli gənc 7 aylıq səyahəti ərzində Qazaxıstan, Rusiya, Gürcüstan, Ermənistan, İran və Qətərdən keçərək Səudiyyə Ərəbistanına çatıb. O, bu müddətdə dil maneəsi ilə qarşılaşıb, qripə yoluxub və səfərin sonuna qədər pulu güclə çatıb.

Namiq HUN

tag: Ronaldo, Çin, Qonq, Anhui, Əl-Nəsr, todaypress.az,

photo