Kukurellanın derbinin gedişatını dəyişən qərarı

İdman

09.12.2024 14:57

“Çelsi” klubunun müdafiəçisi Mark Kukurella butslarını zibil qutusuna atıb. 

TodayPress xəbər verir ki, o, Premyer Liqanın XV turunun “Tottenhem”lə oyunundan sonra maraqlı hərəkəti ilə gündəmə gəlib.

“Tottenhem” “zadəganlar”ın müdafiəçisinin səhvlərindən sonra iki qol vurub. Hər iki halda sürüşən Kukurella butslarını dəyişmək qərarına gəlib.

Yeni buts ispaniyalı futbolçuya deüşərli olub. Mark, bir məhsuldar ötürmə edərək səhvlərini sığortalamağa müvəffəq olub. 

Mark Kukurella oyundan sonra azarkeşlərdən üzr istəyib.

Namiq HUN

tag: Futbol, Liqa ,Derbi ,Müdafiə, todaypress.az,