Kuçerov NHL-də günün ulduzu seçildi

İdman

14.01.2025 17:16

“Tampa-Bey Laytning” hokkey komandasının rusiyalı hücumçusu Nikita Kuçerov Milli Hokkey Liqasında (NHL) günün birinci ulduzu adına layiq görülüb. 

TodayPress xəbərt verir ki, bu barədə NHL-in rəsmi saytında məlumat yayıb. 

Kuçerov “Pittsburq Pinqvinz” komandası ilə oyunda iki qol vurub və bir məhsuldar ötürmə edib. Matç “Tampa-Bey Laytning”in 5:2 hesablı qələbəsi ilə başa çatıb.

Günün ikinci ulduzu “Anahaym Daks”ın amerikalı hücumçusu Katter Qotye olub. O, iki qol vuraraq komandasına qələbə qazandırıb. 

Üçüncü ulduz isə “Veqas Qolden Nayts” komandasının rusiyalı oyunçusu Pavel Dorofeyev seçilib. O, isə iki qol vurub və bir məhsuldar ötürmə edib.

Qeyd edək ki, Nikita Kuçerov hazırkı NHL mövsümündə 39 matçda iştirak edib. O, bu oyunlarda 20 qol vurub və 42 məhsuldar ötürmə edib.

Namiq HUN

tag: Komanda, Rusiya, Hesab ,Qol ,todaypress.az,