Kubarsinin üzünə 10 tikiş vuruldu

İdman

07.11.2024 12:35

“Barselona” klubunun mərkəz müdafiəçisi Pau Kubarsi UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda “Srvena Zvezda” (5:2) ilə oyunda zədələnərək meydanı qan içində tərk edib. 

TodayPress xəbər verir ki, 17 yaşlı futbolçunun üzünə rəqibi Uros Spajiçlə top uğrunda mübarizə zamanı təpiklə zərbə dəyib. 

Pau oyuna davam edə bilməyib. 

Baş məşqçi Hans-Diter Flik  matçdan sonra mətbuat konfransında  “Kubarsi yaxşıdır, ona tikişlər vurulub” deyib.

Qeyd edək ki, futbolçunun üzünə 10 tikiş vurulub.

Namiq HUN

tag: Barselona, Liqa, Pau Kubarsi, UEFA, Hans-Diter, todaypress.az,