Kubarsi “Barsa”dan ayrılacaq?
İdman
30.10.2024 12:00
“Mançester Siti” futbol klubu “Barselona”nın müdafiəçisi Pau Kubarsini heyətinə qatmaq istəyir.
TodayPress xəbər verir ki, Kataloniya təmsilçisinə 17 yaşlı istedad üçün 70 milyon avro təklif olunub.
“Barselona” maliyyə çətinlikləri yaşadığı üçün futbolçunun transferinə razılıq verəcəyi güman edilir.
Perspektivli Kubarsi İspaniyada gələcəyin ən yaxşı müdafiəçilərindən biri hesab olunur.
Pau cari mövsüm La Liqada keçirilən 11 matçın hamısında iştirak edib. Müdafiəçi bir məhsuldar ötürmə ilə yadda qalıb.
Namiq HUN
tag: Barselona, Mançester, İspaniya, Liqa, todaypress.az,