Kruks adını dünya tarixinə yazdı
Kayman adaları təmsilçisi Cordan Kruks Macarıstanın paytaxtı Budapeştdə keçirilən üzgüçülük üzrə dünya çempionatında rekord müəyyən edib.
TodayPress xarici mətbuata istinadən xəbər verir ki, Kruks sərbəst üsulla 50 metr məsafəyə üzməkdə yeni dünya rekorduna imza atıb.
O, buna finişə 20,08 saniyə ilə birinci çatmaqla nail olub. Qeyd edək ki, daha əvvəlki dünya rekordu amerikalı Kaleb Dresselinə (20,16 saniyə) məxsus idi.
Namiq HUN
tag: Rekord ,Budapeşt,Çempionat,Kruks ,Todaypress.az,