Krosbi Liqa tarixində irəlilədi
İdman
10.01.2025 11:04
Sidni Krosbi Milli Xokkey Liqası (NHL) tarixində bütün zamanların ən çox qol vuranlar siyahısında Co Sakiki geridə qoyaraq doqquzuncu olub.
TodayPress xəbər verir ki, bu “Pittsburq Pingvinz” klubunun 37 yaşlı forvardının karyerasında növbəti yüksəliş sayılır.
Krosbi “Edmonton Oylerz”ə qarşı ev matçında iki məhsuldar ötürmə edib. Bunun sayəsində o, karyerası ərzində Milli Xokkey Liqasının müntəzəm çempionatlarında 1642 (603+1039) xal toplayıb.
Nəticədə “Pinqvinlər”in kapitanı Co Sakiki (1,641 xal, 625 qol, 1,016 məhsuldar ötürmə) keçərək liqa tarixində ən çox qol vuran doqquzuncu xokkeyçi olub.
Qeyd edək ki, məhsuldar xokkeyçilərin reytinqdə səkkizinci yeri Mario Lemye tutur - 1723 (690+1033).
NHL-in rekordçusu isə Ueyn Qretskidir - 2857 (894+1963).
Namiq HUN
tag: Xokkey, Mario, Reytinq ,Milli ,todaypress.az,