Kroos "Real"da qalacaq
İdman
07.06.2024 22:47
Kroos Realın akademiyasında işləyəcək.
TodayPress xəbər verir ki, Almaniya millisinin futbolçusu Toni Kroos karyerasını bitirdikdən sonra İspaniyanın "Real" klubunun akademiyasında fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, 34 yaşlı yarımmüdafiəçi daha əvvəl ölkəsində təşkil olunacaq Avropa çempionatından sonra futbolla vidalaşacağını açıqlamışdı. Kroos 2014-cü ildən “kral klubu”nda çıxış edir.
Namiq HUN
tag: Toni Kroos, "Real", Almaniya, Futbolçu, todaypress.az,