Kroos niyə 34 yaşında təqaüdə çıxmaq qərarını açıqladı
TodayPress xəbər verir ki, "Real Madrid" klubunun yarımmüdafiəçisi Toni Kroos niyə 34 yaşında karyerasını bitirmək qərarı qəbul etdiyinə aydınlıq gətirib.
"Ətrafımdakı insanların mənə hər şeyin bitdiyini söyləmələrini istəmirdim. Ya da ki, daha iki-üç il ehtiyat oyunçular skamyasında oturmalı idim. Bütün bunların qarşısını ala bildiyimə görə şadam".
Almaniyalı futbolçu 2014-cü ildən "Los Blancos"da çıxış edir. O, bu müddət ərzində meydana çıxdığı 463 matçda 28 qol və 98 məhsuldar ötürmə ilə yadda qalıb. Kroos karyerası ərzində "Bayern Münhen" və "Bayer 04" klublarında da oynayıb. 34 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 45 matça çıxıb, 1 qol vurub və 8 məhsuldar ötürmə edib.
Transfermarkt portalında yarımmüdafiəçinin bazar dəyəri 12 milyon avro qiymətləndirilir.
tag: Toni Kroos, Real Madrid, İdman,Football, Xəbər, Todaypress.az, Todayxəbər,