Kriştiano Ronaldonu ağladan dramatik final

İdman

01.06.2024 14:00

Kriştiano Ronaldo “Əl-Hilal” olmasaydı, Səudiyyə Ərəbistanında daha çox kubok qazana bilərdi. TodayPress xəbər verir  ki, Portuqaliyalı Jorje Jezuşun rəhbərliyi altında bu komanda “Bayer 04”ün ritmini götürək 34 matçdan 31-də qələbə qazanmaqla çempionat mövsümünü məğlubiyyətsiz keçib. Kriş isə qol vurma yarışında qalib gələrək dörd fərqli ölkədə - İngiltərə, İspaniya, İtaliya və Səudiyyə Ərəbistanında ən çox qol vuran ilk şəxs olub.

Maraqlıdır ki, 5 qat “Qızıl top” sahibinin 35  qolundan heç biri “Əl-Hilal”ın qapısına vurulmayıb. Ronaldo bu kluba yalnız Asiya Çempionlar Liqasında qol vura bilib. 

Səudiyyə Kuboku finalı sonrası diz çökən Kriş, sözün əsl mənasında, emosiyalarla parçalanmışdı. O, artıq hər şeyi başa düşürdü. Bu mövsüm üçün sıfır komanda kuboku demək idi. “Əl-Hilal” isə trebl edərək bütün ərəb qızıllarını aldı. 


Namiq HUN

tag: Kriştiano Ronaldo, İdman, Futbol, Final, Əl-Hilal, Todaypress.az,