Kriştiano Ronaldo üç sirrini açıqladı

İdman

16.08.2024 12:15

2839

Səudiyyə Ərəbistanının “Əl-Nasr” futbol klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo uğurlu çıxışının üç sirrini açıqlayıb. 

TodayPress xəbər verir ki, o bu barədə sosial şəbəkədə paylaşım edib: “Yuxu, ağır iş və bərpa. Yeni mövsüm, eyni məqsəd”.

Qeyd edək ki, 39 yaşlı Kriştiano Ronaldo 2023-cü ilin yanvarından Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubunda çıxış edir. O, ötən mövsümdə bütün turnirlərdə 45 oyuna çıxıb, 44 qol vurub və 13 məhsuldar ötürmə edib. Ronaldo həmçinin Səudiyyə Ərəbistanı Pro Liqasında 35 qol vurub. 

Milli karyerasında Ronaldo son Avropa çempionatının seçmə turnirində 9 oyun keçirib. O, bu oyunlarda 10 qol vurub və bir məhsuldar ötürmə edib.

Namiq HUN

tag: Ronaldo, Avropa, Çempion, Səudiyyə Ərəbistan,Əl-Nəsr,