Kriştiano Ronaldo rekord qırdı

İdman

12.06.2024 00:00

Ronaldo Senini geridə qoyaraq ən yüksək səviyyəli çıxışlara görə dünya rekordunu yeniləyib.

TodayPress xəbər verir ki, İrlandiya millisi ilə yoldaşlıq görüşü Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu üçün ən yüksək səviyyədə 1226-cı oyun olub. 39 yaşlı futbolçu Braziliya yığmasının və “San-Paulu” klubunun sabiq qapıçısı Rocerio Seninin 1225 oyunluq rekordunu geridə qoyub.

Qeyd edək ki, Ronaldo Portuqaliya, İngiltərə, İspaniya, İtaliya və Səudiyyə Ərəbistanı çempionatlarında 698 matçda iştirak edib. O, daha 101 oyuna bu ölkələrin kubok turnirlərində və Superkubok matçlarında çıxıb. Hücumçu həmçinin beynəlxalq klub turnirlərində 220, Portuqaliya millisində isə 207 oyun keçirib.

Namiq HUN

tag: Ronaldo, İrlandiya, Portuqaliya, Rocerio Senin,todaypress.az,