Kriştiano Ronaldo Braziliyadan təklif aldı

İdman

04.03.2025 11:28

1745

Kriştiano Ronaldo karyerasını Braziliyada davam etdirə bilər.

TodayPress xəbər verir ki, portuqaliyalı hücumçunun xidmətində “Portuqeza” klubu maraqlıdır.

40 yaşlı futbolçunun “Əl-Nəsr” klubu ilə müqaviləsi yayda başa çatacaq. Braziliya təmsilçisi Ronaldonu azad agent kimi heyətinə qatmaq niyyətindədir.

Qeyd edək ki, San Paulunu təmsil edən “Portuqeza” klubunun əsasını Braziliyada yaşayan portuqaliyalılar qoyub.

Namiq HUN

tag: Kriştiano Ronaldo,Braziliya,Portuqeza,Əl-Nəsr,todaypress.az,