Kristian Eriksen Danimarka millisinin Avro-2024 üçün heyətində yer alıb

İdman

30.05.2024 21:34

TodayPress xəbər verir ki, son Avroda ürək tutması keçirən futbolçu yenidən qitə çempionatında çıxış edəcək.

Danimarka millisinin baş məşqçisi Kasper Yulmann 26 futbolçudan ibarət yekun heyəti açıqlayıb. “Mançester Yunayted”in futbolçusu Kristian Eriksen 10 yarımmüdafiəçi arasında millidə yer alıb

Qeyd edək ki, Kristian Eriksen 2021-ci il Avropa çempionatında Danimarka və Finlandiya komandalarının oyunu zamanı ürək tutması keçirib. Futbolçunun həyatını xilas etmək üçün həkimlər bir neçə dəqiqə ərzində ona ilkin tibbi yardım göstəriblər. Daha sonra danimarkalı futbolçu defibrilator quraşdırmaq üçün əməliyyat olunub. Buna görə də "İnter"də çıxış edən danimarkalıya İtaliyada futbol oynamaq qadağan edilib. 2022-ci ilin yayından futbolçu “Mançester Yunayted” klubunda çıxış edir.

Danimarka millisi Avro-2024-də C qrupunda Sloveniya, Serbiya və İngiltərə yığmaları ilə mübarizə aparacaq.

tag: Football, AVRO-2024,Kristian Eriksen, İdman, todaypress.az,