Kris Pol adını NBA tarixinə yazdı
İdman
16.11.2024 13:50
“San-Antonio” klubunun üzvü Kris Pol Milli Basketbol Assosiasiyasının (NBA) tarixinə düşüb.
TodayPress xəbər verir ki, o, karyerası ərzində 12 min ötürmə edən üçüncü basketbolçu olub.
39 yaşlı amerikalı basketbolçu göstəriciyə “Leykers”ə qarşı keçirilən çempionat matçında (115:120) uğurlu çıxışı ilə nail olub.
Qeyd edək ki, daha əvvəl bu nəticəyə Con Stokton (15806) və Ceyson Kidd (12091) imza atıblar.
Namiq HUN
tag: San-Antonio, Leykers, Çempionat, Con Stokton, Ceyson Kidd, todaypress.az,