Kreyq 12 ay idmandan kənarda qalacaq

İdman

11.09.2024 13:08

Avstraliyalı xokkeyçi Olimpiadada kokain aldığı üçün 12 ay müddətinə futboldan uzaqlaşdırılıb

TodayPress xəbər verir ki, bu, Avstraliya otüstü xokkey komandasının üzvü Tomas Kreyqdir. 

O, XXXIII Yay Olimpiya Oyunları zamanı Parisdə kokain aldığına görə 12 ay müddətinə xokkeydən uzaqlaşdırılıb. Araşdırmanın nəticələri Avstraliya Otüstü Xokkey Federasiyasına (HA) bildirilib. 

İdmançı altı aylıq cəzasının hamısını çəkəcəy. Nümunəvi davranışı təqdirdə cəzasının ikinci altı ayından azad olacaq. 

Bu müddət ərzində Kreyqə HA-nın ev sahibliyi edəcəyi istənilən səviyyəli matçlarda iştirak etmək qadağandır. İdmançının yalnız 2025-ci il üçün milli komandaya cəlb oluna biləcəyi bildirilib.

Xatırladaq ki, avqustun 8-də Paris hüquq-mühafizə orqanları Tomas Kreyqi şəhər rayonlarından birində kokain almaq cəhdi zamanı saxladığı məlum olub.

Namiq HUN

tag: Kreyq, Xokkey, Paris ,Kokain ,Avstraliya, todaypress.az,