“Kral Salman stadionu plana düşdü

İdman

30.07.2024 17:51

Dünyanın ən böyük idman obyektlərindən birini inşa etməyi planlaşdıran Səudiyyə Ərəbistanı 2029-cu ilə qədər Ər-Riyadda “Kral Salman” stadionunu tikəcək.

TodayPress xəbər verir ki, 660 min kvadratmetrdən çox ərazini əhatə edəcək stadion 92 min tamaşaçı tutumuna malik olacaq.

Çoxfunksiyalı idman mərkəzi kimi dizayn edilən stadion Səudiyyə Ərəbistanı milli futbol komandasının əsas məkanı olacaq. Arena həmçinin müxtəlif əhəmiyyətli idman tədbirlərinə və çempionatlara ev sahibliyi edəcək. 

Əsas stadionla yanaşı, layihəyə ticarət və əyləncə obyektləri, kral zalı, qonaq otaqları, VIP oturacaqlar, VIP salonlar üçün xüsusi bölmə, istirahət zonaları və geniş ictimaiyyətin istifadəsinə veriləcək bir sıra idman obyektləri daxildir.

Namiq HUN

tag: Kral Salman, Səudiyyə Ərəbistan, Ər-Riyad, VİP Salonlar, VİP Oturacaqlar, todaypress.az,

photo