Kraçkovskinin “Turan Tovuz”a keçəcəyi təsdiqləndi

İdman

24.12.2024 12:39

Rusiyanın “Dinamo Mahaçqala” klubunda çıxış edən Anton Kraçkovskinin “Turan Tovuz”a keçəcəyi təsdiqlənib.

TodayPress xəbər verir ki, bu barədə Mahaçqala təmsilçisinin baş direktoru Şamil Qazizov Rusiya mətbuatına açıqlamasında deyib.

“Böyük ehtimalla, Kraçkovski daha çox oyun praktikası qazanmaq üçün yanvarda “Turan Tovuz”a icarəyə veriləcək” klub rəsmisi bildirib.

Qeyd edək ki, Anton Kraçkovski “Dinamo”ya 2023-cü ildə Kurban  Berdiyevin istəyi ilə Qazaxıstanın “Kayrat” komandasından cəlb edilib.

Kraçkovski cari mövsüm Rusiya Premyer Liqasında 7 matçda forma geyinib.

Namiq HUN

tag: Liqa ,Klub, Oyun, Futbol, todaypress.az,