Kosta-Rika klubu FIFA-ya müraciət etdi

İdman

21.11.2024 10:57

Kosta-Rikanın ən titullu komandası "Alahuelense" 2025-ci ildə keçiriləcək dünya çempionatında iştirakla bağlı FIFA-ya müraciət edib.

TodayPress klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası imtina etsə, Kosta-Rika təmsilçisi məhkəməyə müraciət etməyə də hazırdır.

30 dəfə ölkə çempionu olan komanda tələbin turnir qaydalarında müəyyən edilən uyğunluq prinsiplərinə əsaslandığını bəyan edib.

"Alahuelense" FIFA-dan bir sahibi olan klubların turnirdə iştirakını qadağan edən qaydanın tətbiq olunmasını istəyir.

Qeyd edək ki, klublararası dünya çempionatı yenilənmiş formatda iyunun 15-dən iyulun 13-dək ABŞ-də keçiriləcək. Turnirdə ilk dəfə 32 klub mübarizə aparacaq.

Namiq HUN

tag: FIFA, Alahuelense, ABŞ, Turnir, Kosta-Rika, todaypress.az,