Korbera İspaniya klubuna təyinat aldı

İdman

25.12.2024 10:19

“Valensiya” futbol klubu yeni baş məşqçisinin adını açıqlayıb.

TodayPress klubun saytına istinadən xəbər verir ki, La Liqa təmsilçisini Karlos Korbera çalışdıracaq.  

41 yaşlı mütəxəssis baş məşqçi postunda iki gün əvvəl istefaya göndərilən Ruben Baraxanı əvəz edib. 

Korbera ilə 2027-ci ilə qədər müqavilə bağlanıb.

Qeyd edək ki, Karlos Korbera 2022-ci ilin oktyabrından “Vest Bromviç” klubunu çalışdırırdı. Məşqçinin “Vest Bromviç”dən ayrılması üçün “Valensiya” rəhbərliyi onun Britaniya klubu ilə müqaviləsində xüsusi variantı işə salıb.

Namiq HUN

tag: Liqa,Məşq, Klub,Britaniya ,Karlos, todaypress.az,