Konte rekordunu qorudu
İdman
27.01.2025 10:20
Antonio Konte sabiq komandasını məğlub etməklə tarixi rekordunu qoruyub.
TodayPress xəbər verir ki, İtaliya A Seriyasının 22-ci turu çərçivəsində “Napoli”- “Yuventus” qarşılaşması 2:1 hesabı ilə meydan sahiblərinin qələbəsi ilə başa çatıb.
“Napoli” “Qoca Sinyora”nın çempionatda 21 matç (8 qələbə, 13 heç-heçə) davam edən məğlubiyyətsizlik seriyasına son qoyub.
Nəticədə Konte öz rekordunu qoruyub.
Məşqçinin 2011/12 mövsümündə rəhbərlik etdiyi “Yuventus” 38 oyunu məğlubiyyətsiz (23 qələbə, 15 heç-heçə) keçirib. Konte A seriyasında məlum naliyyətə imza atan yeganə baş məşqçidir.
Namiq HUN
tag: Napoli,Antonio,Rekord,Konte,Todaypress.az,