Konte hamıdan çox səs topladı
“Yuventus”un azarkeşləri Antonio Konteni istəyirlər.
TodayPress xəbər verir ki, “Tuttosport” nəşri Turin təmsilçisinin azarkeşləri arasında kimi komandanın baş məşqçisi vəzifəsində görmək istədikləri ilə bağlı sorğu keçirib.
Səsverməyə qatılanların 50 %-dən çoxu “Napoli”nin hazırkı çalışdırıcısı Antonio Kontenin adını çəkib.
55 yaşlı mütəxəssis 2011-2014-cü illərdə “Yuventus”un baş məşqçisi olub.
Konte komandaya ardıcıl üç mövsüm A Seriyasının çempionu titulunu qazandırıb.
Sorğuya qatılanların 25 %-i “Atalanta”nın baş məşqçisi Can Pyero Qasperiniyə, 10 %-i isə hazırda işsiz olan Roberto Mançiniyə səs verib.
Qeyd edək ki, 2020-ci ildən sonra titula həsrət qalan “Yuventus”u cari mövsümdən Tyaqo Motta çalışdırır. Hazırda “qoca sinyora” lider “İnter”dən 9 xallıq geriləmə ilə 4-cü pillədə qərarlaşıb.
Namiq HUN
tag: Antonio Konte,Yuventus,NApoli,Baş Məşqçi,Futbol,Todaypress.az,