Konseysau “Milan”ın tarixinə düşdü

İdman

07.01.2025 10:17

“Milan”ın yeni baş məşqçisi Serjiu Konseysau İtaliya Superkubokunun final matçında “İnter” üzərində qələbədən sonra klubun tarixinə düşüb.

TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis “Milan”ın baş məşqçisi postunda ən tez kubok qazanan mütəxəssis olub.

Serjiu Konseysauya İtaliya Superkubokunu qazanmaq üçün cəmi iki oyun kifayət edib. Buna qədər “Milan” yarımfinalda “Yuventus” üzərində 2:1 hesablı qələbə qazanmışdı.

Namiq HUN

tag: Milan, Yuventus, Mütəxəssis, Portuqaliya ,todaypress.az,