Konor Makqreqorun növbəti döyüş tarixi açıqlandı
İdman
14.08.2024 12:25
Konor Makqreqor UFC rəhbərinin irlandiyalının döyüşü ilə bağlı açıqlamasından sonra Dana Uayta cavab verib.
TodayPress xəbər verir ki, 36 yaşlı irlandiyalı UFC döyüşçüsü, keçmiş yüngül və yüngül çəkidə çempion Konor Makqreqor amerikalı Maykl Çandlerlə dekabrda döyüşəcəyini bildirib.
“Dana, dekabr doğru tarixdir! Təqvim ilini qalib turnirlə başa vuracağam! Gələn ay hazırlaşmağa başlayacağam. Dekabr! Dana və UFC-yə deyin ki, biz hamımız dekabrı istəyirik! Biz dekabrda bir-birimizi görməyə layiqik!” Makqreqor deyib.
Qeyd edək ki, bu il iyun ayının sonunda Makqreqor amerikalı Maykl Çandlerlə döyüşməli idi. Qarşıdurma UFC 303 turnirində baş tutacaqdı. Lakin irlandiyalı məşq zamanı ayağ barmağını sındırdıqdan sonra döyüş ləğv edilib.
Konor Makqreqor hazırda 28 döyüş keçirib. O, bu döyüşlərdə 22 qələbə qazanıb, 6 dəfə isə məğlub olub.
Namiq HUN
tag: Konor Makqreqor,UFC , İrlandiya,Qələbə,Dana Uayta, todaypress.az,