Konor Makqreqor zorakılıqda günahkar bilindi

İdman

23.11.2024 03:21

Qarışıq döyüş növü (MMA) üzrə iki çəki kateqoriyasında keçmiş UFC çempionu Konor Makqreqor 2018-ci ilin dekabrında qadına təcavüz etdiyinə görə Dublin məhkəməsində mülki iddiada təqsirli bilinib.

TodayPress "Reuters"ə istinadən xəbər verir ki, andlılar məhkəməsi 6 saat 10 dəqiqə davam edən müşavirədən sonra hökm çıxarıb.

Makqreqor zərərçəkənə 250 min avro təzminat ödəməli olacaq.

Qeyd edək ki, 36 yaşlı irlandiyalı döyüşçü Nikita Hendin iddiasını rədd edərək qərardan apellyasiya şikayəti verəcəyini bildirib.


tag: Dublin, Konor, Nikta Ni, Ceyms, Təcavüz, todaypress.az,