Konfrans Liqası: "Zirə" sonuncu matçında qələbə qazandı
İdman
29.08.2024 21:59
"Zirə" cari mövsüm UEFA Konfrans Liqasında sonuncu oyununu keçirib.
TodayPress xəbər verir ki, Rəşad Sadıqovun
baş məşqçisi olduğu kollektiv pley-off mərhələsinin cavab matçında Bakıda
Kiprin "Omoniya" klubunu qəbul edib.
Qarşılaşma Azərbaycan təmsilçisinin
qələbəsi ilə yekunlaşıb - 1:0.
79-cu dəqiqədə Rafael Utziq fərqlənib.
Səfərdə rəqibinə altı cavabsız qolla uduzan
"Zirə" avrokubokla vidalaşmalı olub.
tag: İdman, Futbol, Zirə, Rafael Utziq,todaypress.az,