Konfrans Liqası: "Zirə" “Omoniya”ya qarşı

İdman

29.08.2024 10:00

"Zirə" klubu UEFA Konfrans Liqasında növbəti oyununu keçirəcək.

TodayPress xəbər verir ki, “qartallar” pley-off mərhələsinin cavab matçında Kiprin "Omoniya" klubu ilə qarşılaşacaq. Komandalar arasındakı ilk oyunda Kipr təmsilçisi 6 cavabsız qolla qalib gəlib.

Görüşü Latviyadan olan hakim Vitaliys Spasyonnikovs idarə edəcək.

"Liv Bona Dea Arena" qarşılaşması saat 20:00-da start götürəcək. 

Namiq HUN

tag: Zirə, UEFA, Liqa, Omoniya, Kipr, todaypress.az,