Konfrans Liqası: “Play-off” mərhələsinin püşkü atıldı
İdman
20.12.2024 18:13
UEFA Konfrans Liqasında “play-off” mərhələsinin püşkatma mərasimi keçirilib.
TodayPress xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə “play-off”a yüksələn 16 komanda rəqiblərini tanıyıb.
“Gent” (Belçika) - “Betis” (İspaniya)
“Sele” (Sloveniya) - APOEL (Kipr)
“Kopenhagen” (Danimarka) - “Haydenhaym” (Almaniya)
“Omoniya” (Kipr) - “Pafos” (Kipr)
TSK (Serbiya) - “Yagelloniya” (Polşa)
“Vikinqur” (İslandiya) - “Panatinaikos” (Yunanıstan)
“Molde” (Norveç) - “Şemrok Rovers” (İrlandiya)
“Borats” (Bosniya və Herseqovina) - “Olimpiya” (Sloveniya)
“Play-off” mərhələsində ilk matçlar fevralın 13-də, cavab görüşləri isə 20-də baş tutacaq.
Qeyd edək ki, Konfrans Liqasının Liqa mərhələsini ilk səkkizlikdə bitirən "Çelsi" (İngiltərə), “Vitoriya” (Portuqaliya), "Fiorentina" (İtaliya), “Rapid” (Avstriya), “Yurqorden” (İsveç), “Luqano” (İsveçrə), “Legiya” (Polşa) və “Serkl Brügge” (Belçika) birbaşa 1/8 finala yüksəliblər.
Namiq HUN
tag: Konfrans ,Liqa ,Püşk, Komanda, todaypress.az,