“Komo” Varanı işsiz qoymadı

İdman

19.10.2024 17:20

Karyerasını bitirən Varan bu klubda çalışacaq.

Futbolçu karyerasını başa vuran Rafael Varanın yeni iş yeri məlum olub.

TodayPress xəbər verir ki, sabiq müdafiəçi son olaraq çıxış etdiyi “Komo” klubunda çalışacaq.

31 yaşlı Varan klubun İdarə Heyətində yer alacaq. O, gənc futbolçuların inkişafı üçün çalışacaq.

Qeyd edək ki, fransalı sabiq futbolçu bu ilin yayında “Komo”ya keçmişdi. 

Zədə səbəbindən o, İtaliya klubunda cəmi 1 oyuna çıxıb.

Namiq HUN

tag: Rafael Varan, Komo, Zədə, İtaliya,Karyera, todaypress.az,