Komandamız "Oil Capital Cup" turnirində 1 dəst medal qazandı
İdman
21.09.2024 10:25
Güləşçilərimiz Qazaxıstanın Atırau şəhərində keçirilən beynəlxalq "Oil Capital Cup" turnirini 3 medalla tamamlayıblar.
TodayPress xəbər verir ki, son yarış günü yığmamız daha 2 medal qazanıb.
Kənan Heybətov (70 kq) finalda tacikistanlı Mustafa Axmedova (7:0) qalib gələrək çempion olub.
Əşrəf Aşırov (79 kq) isə turnirin gümüş medalını boynundan asıb.
Qeyd edək ki, daha əvvəl Musa Ağayev (65 kq) üçüncü yeri tutub.
Namiq HUN
tag: Qazaxıstan ,Atırau ,Oil Capital Cup ,Mustafa Axmedova, Kənan Heybətov ,todaypress.az,