Komandamız Avropa Kubokunda daha bir medal qazandı

İdman

03.05.2025 20:55

9

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Bakıda keçirilən Avropa Kubokunda bürünc medal qazanıb.

TodayPress-in xəbərinə görə, təmsilçilərimiz çarpaz qarşılaşmalar finalında uğurlu çıxışla diqqət çəkiblər.

Onlar 3 top 2 halqa ilə proqram üzrə 22.250 xalla bürünc medalın sahibi olublar.

Qeyd edək ki, bədii gimnastika üzrə qrup hərəkətləri komandamız ötən gün qızıl medalı hesabına yazdırıb.

Milli Gimnastika Arenasında təşkil olunan Avropa Kuboku mayın 4-də başa çatacaq

tag: Komanda,Azərbaycan,Medal, Bürünc, todaypress.az,