Komanda qalib gəldi, baş məşqçi istefaya göndərildi

İdman

26.03.2025 14:07

2565

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) millisi DÇ-2026 Asiya zonasının seçmə mərhələsində Şimali Koreya futbolçularına 2:1 hesabı ilə qalib gəlsə də, komandanın portuqaliyalı baş məşqçisi Paulo Bento ertəsi gün istefaya göndərilib.

TodayPress xəbər verir ki, finişə iki tur qalmış BƏƏ millisi A qrupunda ikinci yeri tutan Özbəkistandan 4 xal geri qalaraq 3-cü yerdədir və mundiala birbaşa vəsiqə qazanmaq şanslarını qoruyub saxlayır.

Bento 2023-cü ilin iyulundan komandaya rəhbərlik edirdi.

55 yaşlı mütxəssis əvvəllər Portuqaliya (2010–2014) və Cənubi Koreya (2018–2022) millilərini, həmçinin "Sportinq" (2005–2009), "Kruzeyro" (2016) və "Olimpiakos" (2016–2017) komandalarını çalışdırıb.

tag: Futbol,BƏƏ,Baş Məşqçi,İstefa,Todaypress.az,