“Kolumb”un ardıcıl üçüncü məğlubiyyəti
İdman
07.12.2024 10:56
“Vankuver” Milli Xokkey Liqasının adi mövsüm matçında evdə “Kolumb”a qalib gəlib - 5:2.
TodayPress xəbər verir ki, bu barədə “Sport Express” məlumat yayıb.
Meydan sahiblərinin heyətində Pius Suter dubl edib. Brok Bozer, Kiefer Şevud və Ceyk Debrusk hərəyə bir dəfə fərqləniblər.
Qonaqların hücumçusu Kirill Marçenko və onun komanda yoldaşı İvan Provorov hərəyə bir assist edib. “Kolumb” da isə Matye Olivye və Deymon Severson adından söz etdirməyi bacarıb.
“Vankuver” (32 xal) 25 matçdan sonra Liqanın Qərb Konfransında beşinci yerdədir. “Kolumb” (25) ardıcıl üçüncü məğlubiyyətini alaraq 26 oyundan sonra Şərqdə 11-cidir.
Töhfə Səməd
tag: Kolumb, Liqa ,Qərb ,Konfrans ,todaypress.az,