Kolumbiya titul savaşında Argentinaya rəqib oldu
İdman
11.07.2024 10:35
Futbol üzrə Amerika kubokunda yarımfinal mərhələsi başa çatıb.
TodayPress xəbər verir ki, turnirin ikinci finalçısı Uruqvay-Kolumbiya matçında müəyyənləşib.
Şarlott qarşılaşmasının taleyini bir qol həll edib. 39-cu dəqiqədə Kolumbiya yığmasının yarımmüdafiəçi Cefferson Lerma oyunda hesabı açıb 1:0. Birinci hissəyə əlavə edilmiş vaxtda kolumbiyalı Daniel Munyos ikinci sarı vərəqə alaraq meydandan qovulub. Uruqvay millisinin təzyiqinə baxmayaraq, oyunda hesab dəyişməyib.
Qeyd edək ki, iyulun 14-dən 15-nə keçən gecə baş tutacaq final matçında Kolumbiya komandasının rəqibi son çempion Argentina olacaq.
Namiq HUN
tag: Kolumbiya, Argentina, Uruqvay, Cefferson Lerma, Rəqiblər, todaypress.az,