Kolumbiya futbolunun rəhbəri saxlanıldı
İdman
16.07.2024 09:35
Kolumbiya Futbol Federasiyasının prezidenti Ramon Xesurun saxlanılıb.
TodayPress xəbər verir ki, buna səbəb onun oğlu ilə birlikdə Amerika kubokunun finalında stadionun girişində dava salması olub.
Arenanın VIP zonasına keçmək istəyən Xesurun çaxnaşma yaradıb. Muhafizəçilər onu və oğlunu saxlayıblar. Günahkarlar məhkəmə qarşısına çıxacaqlar.
Qeyd edək ki, Argentina və Kolumbiya milliləri arasında Mayamidə keçirilən final matçı təşkilatçılıq baxımından ciddi tənqid olunub. Oyun bu səbəbdən təxminən 1 saat gec başlayıb.
Namiq HUN
tag: Kolumbiya, Xesur, Argentina, Mayami, Arena, todaypress.az,