Kolumbiya 1/4 finalda, Braziliya isə ilk qələbəsini qazandı
İdman
29.06.2024 10:36
Futbol üzrə Amerika kubokunda ikinci tura yekun vurulub.
TodayPress xəbər verir ki, ABŞ-də keçirilən turnirdə D qrupunun matçları baş tutub.
Kolumbiya millisi Kosta-Rikanı 3 cavabsız qolla məğlub edərək 1/4 finala vəsiqə qazanıb. Cənubi amerikalıların qollarını Luis Dias, Davinson Sançes və Con Kordoba vurub.
Braziliya isə qrup mərhələsində ilk qələbəsini rəsmiləşdirib. Pentakampeonlar Paraqvayı böyük hesabla məğlub edib 4:1. Braziliya millisinin heyətində Vinisius Junior dubl edib, Savio və Lukas Paketa isə hərəyə bir dəfə fərqləniblər. Paraqvayın təsəlli qoluna isə Omar Alderete vurub.
Namiq HUN
tag: Kolumbiya, Braziliya, Amerika, ABŞ, Qələbə, todaypress.az,