Knutsen: “Qarabağ”ın da güclü və zəif tərəfləri var”
İdman
06.11.2024 18:05
“Bodo Qlimt” klubunun baş məşqçisi Hyetil Knutsen “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Avropa Liqası matçından əvvəl jurnalistlərlə görüşüb.
TodayPress xəbər verir ki, o, Azərbaycan çempionunu təhlil etdiklərini bildirib:
“Asan oyun olmayacaq. Onların turnir cədvəlinin sonuncu pilləsində qərarlaşmalarına fikir verməməli və oyunda hər şeyə hazır olmalıyıq. Avrokuboklarda hər oyun çətin keçir. “Qarabağ”ın da güclü və zəif tərəfləri var”.
UEFA Avropa Liqasının Liqa mərhələsinin 4-cü turunun “Bodo Qlimt” - “Qarabağ” matçı noyabrın 7-də, saat 21:45-də başlayacaq.
Namiq HUN
tag: Bodo Qlimt, Qarabağ, UEFA, Liqa, Azərbaycan, todaypress.az,