Kluyvert Cənub-Şərqi Asiyadan dəvət aldı
İdman
06.01.2025 16:30
“Barselona” klubunun və Niderland millisinin keçmiş futbolçusu Patrik Kluyvertin yeni iş yeri məlum olub.
TodayPress xəbər verir ki, “qara pantera” İndoneziya yığmasının baş məşqçisi olacaq.
48 yaşlı mütəxəssis dünyanın ən böyük ada ölkəsinin milli komandası ilə 2+2 illik müqavilə imzalayacaq.
Kluyvertin təqdimatı yanvarın 12-nə planlaşdırılır.
Qeyd edək ki, niderlandlı məşqçinin son iş yeri Türkiyənin “Adana Demirspor” klubu olub. O, Adana təmsilçisini 2023/2024 mövsümündə çalışdırıb.
Namiq HUN
tag: Ölkə, Milli, Komanda ,Məşqçi, todaypress.az,