Klublarımızın Konfrans Liqasındakı rəqibləri bilindi
UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin püşkü atılıb.
TodayPress xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə mövsümə Konfrans Liqasında başlayacaq Azərbaycan təmsilçiləri “Sabah”la “Sumqayıt”ın da rəqibi bəlli olub.
Sumqayıtın eyniadlı klubu "Fehervar" (Macarıstan) ilə qarşılaşacaq. “Gənclik” şəhəri təmsilçisi ilk oyununu evdə keçirəcək.
“Sabah”ın rəqibi isə "Makkabi" (İsrail, Hayfa) klubu olacaq. Paytaxt klubu ilk oyununa səfərdə çıxacaq.
“Şerif” – “Zirə” cütündə uğursuzluğa düçar olub yoluna Konfrans Liqasında davam edəcək komanda "Dunayska Ştreda" (Slovakiya) klubu ilə görüşəcək. Təmsilçimiz bu turnirdə ilk oyunu evdə keçirəcək.
Qeyd edək ki, UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin oyunları iyulun 25-də və avqustun 1-də baş tutacaq.
Namiq HUN
tag: Konfrans Liqası, Azərbaycan, Macarıstan, Gənclik Şəhəri, Zirə, todaypress.az,