Klublar avrokuboklarda iştirak lisenziyası aldılar
Azərbaycanın 9 futbol klubuna avrokuboklarda iştirak üçün lisenziya verilib.
TodayPress xəbər verir ki, AFFA-nın Lisenziya Komissiyası avrokuboklarda iştirak üçün zəruri olan tələblərə cavab verən klubları müəyyən edib.
Premyer Liqanın 10 klubundan 9-u avrokuboklara qatılmaq üçün sənədləri təqdim ediblər.
“Araz-Naxçıvan”, “Qarabağ”, “Neftçi”, “Sabah”, “Sumqayıt”, “Turan Tovuz” və “Zirə”nin müraciəti müsbət nəticələnib.
Onlardan üçü kənarda qalacaq ki, “Neftçi” və “Sumqayıt” artıq şansını itirib.
“Şamaxı”, “Kəpəz” və “Səbail” isə avrokubok üçün müraciət etməyib.
İki komanda isə qadınların avrokubok yarışlarına lisenziya alıb. Bunlar “Neftçi” və “Sumqayıt”dır.
Namiq HUN
tag: Qarabağ,Zirə,Klub,Oyun,Todaypress.az,