Klub sahibi İtaliyaya səfir təyin edilə bilər
İdman
11.12.2024 16:20
ABŞ-nin yeni seçilən prezidenti Donald Tramp "Hyuston Rokets" basketbol klubunun sahibi Tilman Fertittanı ölkəsinin İtaliyadakı səfiri təyin etmək istəyir.
TodayPress xəbər verir ki, sərvəti 8,4 milyard dollar təşkil edən Fertitta "Forbes"in milyarderlər siyahısında 260-cıdır.
Qeyd edək ki, milyarderin klubu "Hyuston Rokets" hazırda NBA-in Qərb Konfransında ilk üçlüyü tamamlayır.
Namiq HUN
tag: Donald Tramp, NBA, ABŞ, Sərvət, todaypress.az,