Klub rəsmisi qaçaq düşdü
“Karpatı” futbol klubunun baş direktorunun xarici əlaqələr üzrə müavini Oleq Avdış Türkiyədəki təlim-məşq toplanışından sonra Ukraynaya qayıtmayıb.
TodayPress xəbər verir ki, bu barədə “tribuna.com” məlumat yayıb.
Xarici əlaqələr üzrə baş direktorun müavini Oleq Avdış istisna olmaqla “Karpatı” futbol klubunun bütün əməkdaşları (məşqçilər, oyunçular və heyət) Ukrayna ərazisinə qayıdıblar” Lvov klubunun açıqlamasında deyilir. Avdışın 25 yaşı var.
O, 2024-cü ilin oktyabrında baş direktorun müavinidir. Daha əvvəl o, “Karpatı” klubunda idman məsləhətçisi işləyib.
Qeyd edək ki, Ukraynada hərbi vəziyyət 24 fevral 2022-ci ildə tətbiq edilib. Volodimir Zelenskinin ümumi səfərbərlik haqqında imzaladığı fərmana əsasən hərbi vəziyyət dövründə 18 yaşdan 60 yaşa qədər kişilərə Ukraynanı tərk etmək qadağandır. Ölkədə səfərbərlik zamanı hərbi xidmətdən yayınma 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Namiq HUN
tag: Futbol,Klub,İtkin,Oleq Avdış,Todaypress.az,