Klub rəsmilərinin müdaxiləsi Makelelenin ürəyincə olmadı
İdman
08.10.2024 14:40
Klod Makelele “Asteras” futbol klubunun baş məşqçisi postundan istefa verib.
TodayPress “Foot Mercato” portalına istinadən xəbər verir ki, Yunanıstan təmsilçisinin yaxşı nəticələrinə baxmayaraq, tərəflər arasında əməkdaşlıq baş tutmayıb.
Mənbənin məlumatına görə, fransalı mütəxəssis baş məşqçi postundan “Asteras”ın idman departamentinin onun işinə mane olduğu üçün ayrılıb.
Makelele sentyabrın əvvəlində “Asteras”ın baş məşqçisi təyin edilib. Komanda onun rəhbərliyi altında keçirdiyi 3 oyunun ikisində qalib gəlib, birində isə heç-heçə edib.
Namiq HUN
tag: Asteras, Məşqçi ,Klod Makelele ,Yunanıstan ,Komanda ,todaypress.az,